Norveçdə aeroport yaxınlığında PUA zərərsizləşdirilib
Dünya
365
18:50, Bu gün

Norveçdə aeroport yaxınlığında PUA zərərsizləşdirilib

Norveçin Oslo hava limanı yaxınlığında məhdud uçuş zonası yaxınlığında pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib.

Bu barədə Moderator.az "Guardian" Norveçin VG nəşrinə və polis nümayəndəsinin bəyanatına istinadən xəbər verir.

PUA sentyabrın 25-nə keçən gecə zərərsizləşdirilib və onun hava limanının işinə mane olmasına imkan verilməyib.

Faktla bağlı cinayət işi açılıb.

VG-nin məlumatına görə, PUA-nın sahibi müəyyən edilib.

Yerli media 50 yaşlarında bir şəxsin PUA-nı uçuş-enmə zolağının yaxınlığında idarə edərkən saxlanıldığını bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər