Trampın
Dünya
247
18:30, Bu gün

Trampın "çəkməsiz şousu": Xruşşovun ayaqqabısı olmasa da, pafosu bəs edib" - "Almasry Alyoum" (Misir)

 

"Bu adam prezident kreslosuna əyləşdiyi gündən bəri təkcə ABŞ-ın deyil, bütün dünyanın bəlasına çevrilib..."

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxış edib, daha doğrusu, dünyaya nəsihət oxuyub. Sözlərinin məğzi isə sadədir: Amerika ən güclüdür, Amerika liderdir, Amerika hamıya dərs verməlidir.

Moderator.az xəbər verir ki, bu barədə Misirin "Almasry Alyoum" nəşri yazıb.

Xruşşovun ruhu gəlib çıxmadı...

Nəşrin yazdığına görə, problem ondadır ki, bu "liderlik" reallıqda daha çox müharibə qızışdırmaq, planetin havasını zəhərləmək və öz maraqlarını zorla yeritməkdən ibarətdir. Trampın ritorikası o qədər aqressiv idi ki, bir anlıq gözlədik - görəsən, cibindən çəkmə çıxarıb tribunaya çırpacaqmı? Axı Xruşşov da vaxtilə bu üsulla tarixə düşmüşdü. Amma Trampın əlində çəkmə yox idi, yalnız pafos vardı. O, dünyada yalnız bir ölkə görür, o da ABŞ-dır. Digərləri isə onun nizam kitabçasında "statistlərdir".

Fələstin faciəsi və prezidentin "korluğu"

Trampın əsəbiləşdiyi əsas məsələ Fələstinin bəzi ölkələr tərəfindən tanınmasıdır. Onun gözündə bu, HAMAS-a verilmiş medal kimidir. Qəzzada 65 mindən çox insanın ölümü, onların dörddəbirinin uşaq olması isə Tramp üçün ya görünməzdir, ya da "narahat etməyə dəyməyən detal". Amma eyni anda bizə qürurla deyir ki, guya ABŞ yeddi müharibəni dayandırıb. Gözəl zarafatdır: iki ən qanlı müharibə - Qəzzada və Ukrayna sərhədində hələ də od püskürür.

"Bir günlük" müharibələrlə illərin qırğınını unutdurmaq

Tramp Hindistan-Pakistan münaqişəsindən danışır, hansı ki, cəmi bir neçə saat çəkib. Böyük müharibələr - Qəzza, Sudan, Ukrayna sanki yoxmuş kimi davranır. Məqsəd isə sadədir: tamaşaçını xırda "od şouları" ilə məşğul etmək, uzun illərin faciəsini isə pərdə arxasında saxlamaq.

BMT-yə sillə, iqlimə istehza

Tramp BMT-ni sərt tənqid edir. Amma ABŞ bu qurumda hər dəfə vetodan istifadə edib İsraili qoruyanda, nədənsə Trampın qəzəbi yatır. İqlim dəyişikliyini isə "uydurma" adlandırır, halbuki atmosferi ən çox zəhərləyən ölkələrdən biri də elə Amerikadır. Paris İqlim Razılaşmasından çıxmaq istəyi isə ABŞ-ın dünyaya verdiyi "ekologiya hədiyyəsidir".

Çəkmə yox, bəlkə təlxək ayaqqabısı?

1960-cı ildə Xruşşov tribunaya çəkmə çırpanda, heç olmasa, emosiyalarını gizlətmədi. Tramp isə eyni teatrı çəkməsiz, amma bol-bol pafosla oynadı. O, sadəcə bir cüt təlxək ayaqqabısı geyinsəydi, obraz tamamlanardı: dünya da başa düşərdi ki, onun "şousu" ciddi siyasət deyil, sadəcə, tamaşadır. Müəllifin acı ironiyası ilə desək: bu adam prezident kreslosuna əyləşdiyi gündən bəri, təkcə ABŞ-ın deyil, bütün dünyanın bəlasına çevrilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər