Hindistan şəhərində komendant saatı elan edildi
Dünya
218
17:00, Bu gün

Hindistan şəhərində komendant saatı elan edildi

Ötən gün Hindistanın nəzarətindəki mübahisəli Ladax bölgəsində dövlət statusunun əldə edilməsi tələbi ilə başlayan nümayişlərdən sonra Leh şəhərində ciddi təhlükəsizlik tədbirləri görülüb.

Moderator.az-ın xəbərinə görə, bu barədə "Press Trust of India" agentliyi məlumat verib.

Məlumata görə, 4 nəfərin öldüyü və əksəriyyəti polis olmaqla, 80-dən çox insanın yaralandığı Lehdə komendant saatı elan edilib. Nümayişlərdə iştirak etdiyi güman edilən ən azı 50 nəfər isə saxlanılıb.

Xatırladaq ki, daha əvvəl aclıq aksiyası keçirən etirazçılar dövlət statusunun əldə edilməsi tələbini qaldırmaq üçün yerli əhalini mağazaların, məktəblərin və dövlət idarələrinin bağlı qalmasına çağırmışdılar.

Qeyd edək ki, Ladax Hindistan və Çin arasında sərhəd mübahisələrinin mövcud olduğu bölgədir. Pakistan isə Cammu və Kəşmirin bir hissəsi olaraq nəzərdən keçirdiyi Ladaxın statusunu mübahisəli hesab edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər