Hoteldə atışma olub, bir nəfər girov götürülüb - VİDEO
Dünya
319
16:30, Bu gün

Hoteldə atışma olub, bir nəfər girov götürülüb - VİDEO

Gürcüstanın paytaxtı Tbilisidə "Holiday Inn" hotelində silahlı şəxs bir nəfəri girov götürüb.

Moderator.az-ın yerli KİV-ə istinadən məlumatına görə, silahlı şəxs binanın içərisində bir nəfəri girov saxlayır.

Hadisə yerinə xüsusi təyinatlılar və polis cəlb olunub, xilasedicilər işləyirlər. Ərazi mühasirəyə alınıb.

"Tbilisidəki "Holiday Inn" hotelində ehtimal edilən atışmada şübhəli bilinən bir nəfər saxlanılıb. "Təhlükə" və "Qanunsuz odlu silah əldə etmə, saxlama və gəzdirmə" maddələri üzrə istintaq başladılıb", - deyə Tbilisi polis rəisi Vaja Siradze bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər