"Qalatasaray"ın futbolçusu Lukas Torreyra ilə yenidən, təkrar-təkrar münasibətdən sonra Devrim Özkan voleybolçu Trevor Klevenotla "Harbiyespor"da görüntülənib. Özkanın "Münasibətim yoxdur, hazırda çox yaxşıyam" açıqlaması diqqət çəkib.
"Qalatasaray"ın ulduz futbolçusu Lukas Torreira ilə münasibətləri çaxnaşmaya səbəb olan aktyor Devrim Özkan sürpriz qonaqla gecəyə çıxanda tabloid müxbirlərinə yaxalanıb.
Torreyra ilə təkrar-təkrar əlaqəsi ilə gündəmdə olan Özkan İstanbulda gecə gəzərkən kameralara tuş gəlib. Özkan "Ziraat Bankası Ankara"nın hücumçusu və milli voleybolçu Hande Baladinin keçmiş sevgilisi Trevor Klevenot ilə birlikdə "Harbiye"də bir məkandan çıxarkən görüntülənib.
Torreyra ilə dördüncü dəfə ayrıldığı bildirilən Özkanın sosial şəbəkədə futbolçu ilə bütün əlaqələrini kəsdiyi də məlum olub. Ötən ilin avqustunda "Qalatasaray"ın "Latsio" ilə yoldaşlıq oyunundan sonra Torreyra ilə barışan və birlikdə tətilə çıxan cütlüyün "yenidən sevgili olması" ilə bağlı fikirlər səslənib.
Ancaq sevinc qısa sürüb. Jurnalistlərin “Lukas Torreyra ilə münasibətiniz bitib?” sualına məşhur aktrisa “Mənim münasibətim yoxdur, hazırda çox yaxşıyam” cavabını verib.
27 yaşlı voleybolçu Hande Baladın Ankara klubunun ulduzu Trevor Klevenotla qucaqlaşarkən görüntülənməsi onların sevgili olduqları ilə bağlı fərziyyələrə səbəb olub.