Qapını döyüb çörək istəyən qonşusunu öldürdü
Dünya
345
13:59, Bu gün

Qapını döyüb çörək istəyən qonşusunu öldürdü

Rusiyanın Primorsk diyarında 64 yaşlı kişi 35 yaşlı qonşusunu qətlə yetirib.

Kişinin meyiti sentyabrın 23-də Leninskaya Sloboda küçəsindəki mənzilin otağında tapılıb. Şübhəli etiraf edib ki, qonşusu ondan çörək istəmək üçün qapını döyüb və o, bıçaqla ona hücum edib.

Hadisədən sonra o, bıçağı balkondan atıb. Hadisə yerinə baxış zamanı əməliyyatçılar cinayət alətini evin pəncərələrinin altında aşkar ediblər.

Cinayət işi açılıb, hüquq-mühafizə orqanları baş verənlərin şəraitini araşdırır.

 

(Lent.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər