Arıqlamaq üçün populyar məsləhətin səmərəliliyi təkzib edildi
Dünya
182
08:45, Bu gün

Arıqlamaq üçün populyar məsləhətin səmərəliliyi təkzib edildi

Alma sirkəsinin çəki salmağa kömək etdiyinə dair ən çox istinad edilən tədqiqatlardan biri rəsmən təkzib edilib.
 
Araşdırma "BMJ Nutrition Prevention & Health" jurnalında dərc olunub.
 
Tədqiqatda statistik səhvlərin olduğu üzə çıxıb. Livandan olan tədqiqat müəllifləri səhvlərin olması ilə razılaşıblar. Ancaq məhz bu tədqiqat son bir il ərzində internetdə yüzlərlə məqalənin əsasını təşkil edib.
 
Avstraliyalı ekspert Rozmari Stenton məqaləni tənqid edən ilk şəxslərdən biri olaraq deyib ki, alma sirkəsinin faydası haqqında bir çox digər iddialar da elmi cəhətdən təsdiq edilməyib.
 
Reklamların əksinə olaraq, sirkə kalium, kalsium və ya maqneziumun əhəmiyyətli mənbəyi deyil. Üstəlik, turşu diş minasını zədələyir, buna görə də həkimlər istifdədən sonra ağzı su ilə hərtərəfli yaxalamağı məsləhət görürlər. (Oxu.az)
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər