02:29
15°C
Bakı
"Moskva Ukraynadakı münaqişənin həlli üçün danışıqlardan imtina edərsə, bunun çox dəhşətli nəticələri olacaq".
Moderator.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti J.D.Vens bildirib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp da bu barədə açıq danışıb: "Bu, mövqeyin dəyişdirilməsi deyil, reallığı etiraf etməkdir”.
Sentyabrın 23-də BMT Baş Assambleyasında çıxış edən Tramp bəyan edib ki, Vaşinqton Rusiya Ukrayna münaqişəsinə son qoymağa razılıq verməsə, ona “ciddi tariflər” tətbiq etməyə hazırdır.
Elə həmin gün Amerika lideri bəyan etdi ki, Ukrayna gec-tez sərhədlərinə qayıda biləcək.O əlavə edib ki, Birləşmiş Ştatlar NATO-ya silah tədarükünü davam etdirəcək.