Tramp Ağ Evdə Baydenin portretini dəyişdi
Dünya
302
24 Sep 2025 | 23:40

Tramp Ağ Evdə Baydenin portretini dəyişdi

ABŞ Prezidenti Donald Tramp Ağ Evin Qərb qanadındakı "Prezident şöhrət dəhlizi"ndə sələfi Co Baydenin portretini dəyişdirib.

Moderator.az bildirir ki, Prezident Trampın köməkçisi Marqo Martin müvafiq kadrları sosial şəbəkədə yayıb.

Kadrlara əsasən, Tramp ölkə liderlərinin şöhrət divarında bir vaxtlar Baydenin portretinin olduğu yerdə sənədlərin avtomatik imzası üçün qurğu şəklini yerləşdirib.

Tramp daha əvvəl bəyan etmişdi ki, keçmiş prezident şəxsən heç bir sənəd imzalamayıb, avtomatik imza üçün qurğudan isə onun xəbəri olmadan hər kəs istifadə edə bilərdi.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər