"Xəstə ölkə nifrətlə dolub, dişlərini qıcayıb, onun quduzluq tüpürcəyi bütün planetə sıçrayır..."
"Ukraynadakı soyqırım Kremlin şıltaqlığı deyil, Rusiyanın tarixi aclığını doyurmağın bir yoludur. Əks halda o, tükənmədən gəbərəcək".
Moderator.az xəbər verir ki, bu barədə rusiyalı publisist Aleksandr Nevzorov "gordonua.com" nəşrindəki bloqunda yazıb.
"BMT Baş Assambleyasının 80-ci sessiyası, əlbəttə, digərlərindən daha əyləncəlidir, amma əsas sözlərindən heç biri deyilmədi. Heç kəs birbaşa deməyə cəsarət etmədi ki, Ukraynadakı müharibəni dayandırmaq üçün heç bir diplomatik yol yoxdur. Bu yol artıq keçilib. O, növbəti qanlı heçliyə gətirib çıxarıb.
Putinlə razılaşmalar mümkün deyil. Millətçilikdən doğan və zoomorfik (məlum lissavirusun yaratdığı) quduzluq, təəssüf ki, sağalmazdır. Rusiya öz xəstə tarixindən dişlənib. Onu adekvatlığa qaytarmağa hətta komadan çıxaran ən güclü dərmanlar belə qadir deyil. Rusiyaya ağızlıq yalnız bütün sivil dünyanın birləşmiş gücü ilə taxıla bilər. Və bu ağızlıqın tikanları içəri tərəfə olmalıdır.
Təbii ki, qızıl zaman itirilib, xəstə ölkə nifrətlə dolub və dişlərini qıcayıb. Bu gün o, 2022-ci ildəkindən də təhlükəlidir. Onun quduzluq tüpürcəyi bütün planetə sıçrayır. Əsas problem ondadır ki, yalnız "xüsusi hərbi əməliyyat"ın "Rusiyanın milli maraqlarının" qorunmasını təmin edə biləcəyi barədə Kremlin nitqləri tamamilə doğrudur.
Həqiqətən də, bu "maraqlar" Buçada məhvedici atəşlərə, xəstəxanaların bombalanmasına və milyonlarla ölümə ehtiyac tələb edir. "Rusiya üçün təhlükəsizlik zəmanətləri" qonşuların zəncirləri və boyunbağılarıdır, ideal zəmanətlər isə onların məzarlarının üzərindəki dəfn gülləridir.
Ukraynadakı soyqırım Kremlin şıltaqlığı deyil, Rusiyanın tarixi aclığını doyurmağın bir yoludur. Əks halda o, tükənmədən gəbərəcək. Reallıq budur. Kədərli diaqnoz belədir.
Diaqnoz aydındır, amma Baş Assambleyada birbaşa səsləndirilmədi. Bu isə NATO-nun, Avropa İttifaqının və ABŞ-ın bütün hərəkətlərinin və gedişlərinin bacarıqsız və mənasız olmasını demək olar ki, təmin edir. "İşləmək" yalnız dəqiq diaqnoza əsaslanaraq mümkündür".