Türkiyədə bələdiyyə sədri saxlanıldı
Dünya
297
24 Sep 2025 | 22:57

Türkiyədə bələdiyyə sədri saxlanıldı

Türkiyədə hüquq-mühafizə orqanları korrupsiya işi çərçivəsində Kırıkkale vilayətinin Yahşihan bölgəsinin bələdiyyə sədri Ahmet Sunquru həbs edib.

Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvüdür.

Sunqurla yanaşı onun müavini, keçmiş bələdiyyə sədrinin müavini, şəhərsalma şöbəsinin müdiri, bələdiyyənin sabiq rəhbəri və bir iş adamı da istintaq təcridxanasına yerləşdirilib. Ümumilikdə 5 nəfər saxlanılıb.

Hadisədən sonra AKP Mərkəzi İcraiyyə Komitəsi məsələni partiyanın Mərkəzi İntizam Komissiyasına göndərib və Sunqurun partiyadan xaric edilməsi müzakirəyə çıxarılıb.

Qeyd edək ki, eyni istintaq çərçivəsində bu ilin 27 may və 19 avqust tarixlərində Yahşihanın keçmiş meri Osman Türkyılmaz və digər şəxslər də saxlanılmışdı.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər