02:29
15°C
Bakı
“Ukraynanın uzaqmənzilli dronları işğal olunmuş Krımda rus işğalçılarına dəqiq zərbələr endirir və logistikanı sıradan çıxarır”.
Moderator.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda keçirilən Krım Platformasının sammitində deyib.
Zelenski qeyd edib ki, Ukraynanın zərbələrinin məqsədi Rusiyanın Krımı böyük hərbi bazaya çevirməsinin qarşısını almaqdır: “Biz bunu xalqımızın həyatını qorumaq üçün edirik. Bizim uzaqmənzilli pilotsuz uçuş aparatlarımız dəqiq zərbələr endirir və Rusiya logistikasına təzyiqimiz öz nəticəsini verir”.
Sentyabrın 23-nə keçən gecə Ukrayna ordusu işğal olunmuş Krımdakı Kaça aerodromunda iki təyyarəni vurub.