Dünyanın ən bahalı qəhvəsi Ginnesin Rekordlar Kitabına düşdü
Dünya
360
24 Sep 2025 | 22:40

Dünyanın ən bahalı qəhvəsi Ginnesin Rekordlar Kitabına düşdü

Dünyanın ən bahalı kofesi Dubaydadır. Onun qiyməti 680 dollardır.

Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ginnesin Rekordlar Kitabı məlumat yayıb.

"Ən bahalı qəhvə fincanı 2500 dirhəm (680 dollar) dəyərindədir və 13 sentyabr 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki Roasters Specialty Coffee House-da hazırlanıb" - deyə, məlumatda bildirilir.

Qeyd edildiyi kimi, qəhvə xüsusi V60 hunisindən istifadə edilməklə əl ilə dəmlənib və qəhvə dənələri kimi Panamadakı Hacienda La Esmeralda tarlasında yetişdirilən ən nadir və eksklüziv qəhvə növlərindən biri olan Geyşadan istifadə edilib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər