KİV: ABŞ
Dünya
407
24 Sep 2025 | 21:00

KİV: ABŞ "Taliban"la razılaşma ərəfəsindədir

ABŞ Prezidenti Donald Trampın administrasiyası Əfqanıstandakı Baqram aviabazasına nəzarətin ABŞ ordusuna verilməsi ilə bağlı "Taliban"la danışıqları intensivləşdirib.

Moderator.az xəbər verir ki, bu barədə "Intelligence Online" məlumat yayıb.

ABŞ nümayəndə heyətinin sentyabrın 13-də Kabilə səfəri zamanı təkcə məhbus mübadiləsi deyil, digər mövzular da müzakirə olunub. ABŞ-nin Əfqanıstanda öz hərbi mövcudluğunu bərpa etmək ərəfəsində olduğu iddia edilir.

Bildirilir ki, Vaşinqton Kabillə sövdələşməni nəzərdən keçirir. Bu, Baqram aviabazasına giriş müqabilində "Taliban" hökumətinin ABŞ tərəfindən rəsmən tanınması, Əfqanıstan banklarının SWIFT sisteminə çıxışının bərpası və Kabilin ABŞ-dəki maliyyə aktivlərinin blokdan çıxarılması ola bilər. Bundan əlavə, ABŞ Əfqanıstanın mineral ehtiyatlarına, xüsusən də dünyanın ən böyük litium ehtiyatlarına çıxış əldə etmək niyyətindədir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər