Günəşdə güclü partlayış baş verib
Dünya
250
17:50, Bu gün

Günəşdə güclü partlayış baş verib

Günəşdə güclü partlayış qeydə alınıb.

Moderator.az-ın xəbərinə görə, bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan bildirilib.

"Sentyabrın 24-də, Moskva vaxtı ilə saat 12:31-də (Bakı vaxtı ilə 13:31 - red.) 4224 (S12W44) qrupunda günəş ləkələri qrupunda rentgen diapazonunda 47 dəqiqə davam edən M1.0 partlayışı qeydə alınıb", - məlumatda qeyd olunur.

Bir neçə gündür ki, Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun proqnozlarına əsasən, Günəşdə Yer üçün orta risk daşıyan, bir qədər yüksək partlayış aktivliyi müşayiət olunur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər