19:29
19°C
Bakı
İran və Rusiya kiçik nüvə stansiyalarının tikintisi ilə bağlı razılığa gəlib.
Moderator.az İran mətbuatına istinadən xəbər verir ki, bu barədə “Rosatom” məlumat yayıb.
Belə ki, “Rosatom”un direktoru Aleksey Lixaçev və İranın vitse-prezidenti Məhəmməd İslami arasında sözügedən məsələ ilə bağlı Moskvada razılaşma imzalanıb.
“Rosatom” bu razılaşmanı strateji layihə adlandırıb.
Qeyd edək ki, bundan əvvəl İranda “Buşehr” nüvə stansiyasının tikintisini də Rusiya həyata keçirib.