Oleq Qazmanovun milyonlarla rublunu oğurlayan erməni tanışı həbs edildi
Dünya
199
15:30, Bu gün

Oleq Qazmanovun milyonlarla rublunu oğurlayan erməni tanışı həbs edildi

Rusiyanın Xalq artisti Oleq Qazmanova qarşı dələduzluqda şübhəli bilinən erməni tanışı, iş adamı Gevork Sarkisyan barəsində həbs qətimkan tədbiri seçilib.
 
Bu barədə "Readovka" "Telegram" kanalı məlumat yayıb.
 
Qeyd olunub ki, iş adamı ABŞ-də yaşayır, lakin vaxtaşırı iş üçün Rusiyaya qayıdır. Belə səfərlərin birində o, saxlanılaraq istintaq təcridxanasına göndərilib.
 
Daha əvvəl sənətçi həyat yoldaşı ilə birlikdə dələduzluq sxeminin qurbanı olması şübhəsi səbəbindən hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb.
 
Xatırladaq ki, Qazmanovlar 2019-cu ildə tanışları Gevork Sarkisyana külli miqdarda borc veriblər və o, guya puldan investisiya kimi istifadə etmək niyyətində olub.
 
Daha sonra Sarkisyan borcunu və onun faizlərini ödəməkdən imtina edib. /Oxu.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər