Rusiyanın Baş prokuroru vəzifəsindən azad olundu - Yeni təyinat
Dünya
200
14:00, Bu gün

Rusiyanın Baş prokuroru vəzifəsindən azad olundu - Yeni təyinat

Rusiya Federasiya Şurası İqor Krasnovu Rusiya Ali Məhkəməsinin sədri təyin edib.
 
Moderator.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
 
Bildirilir ki, qərar palatanın plenar iclasında yekdilliklə qəbul edilib. 
 
Ali Məhkəmənin sədri Rusiya Prezidentinin təqdimatı və Hakimlərin Yüksək İxtisaslı Kollegiyasının müsbət rəyi ilə Federasiya Şurası tərəfindən altı il müddətinə vəzifəyə təyin edilir.
 
İqor Krasnov bu vəzifəyə təyin olunanadək Rusiya Federasiyasının Baş prokuroru olub. 
 
Xatırladaq ki, Rusiya Federasiyası Ali Məhkəməsinin sədri İrina Podnosova ağır xəstəlikdən sonra iyulun 22-də vəfat edib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər