Yaponiyanın baş naziri BMT Təhlükəsizlik Şurasını tənqid etdi:
Dünya
124
10:01, Bu gün

Yaponiyanın baş naziri BMT Təhlükəsizlik Şurasını tənqid etdi: "Dəyişiklik vaxtıdır"

Yaponiyanın Baş naziri Siqeru İsiba Birləşmiş Millətlər Təşkilatının (BMT), xüsusilə də Təhlükəsizlik Şurasının (TŞ) öz funksiyalarını tam yerinə yetirmək qabiliyyətinə şübhə etdiyini bildirib və qurumun islahatı çağırışı ilə çıxış edib.
 
Moderator.az TASS-a istinadla xəbər verir ki, o bu fikirləri BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi siyasi müzakirəsində səsləndirib.
 
"Biz sual verməliyik: BMT həqiqətən də ondan gözlənilən vəzifələrin öhdəsindən gəlirmi? O, funksiyalarını tam şəkildə icra edirmi?" - deyə İsiba vurğulayıb.
 
Baş nazir xüsusilə TŞ-nin veto hüququ sistemini tənqid edib.
 
"İndi TŞ-nin islahatını həyata keçirmək üçün qətiyyət göstərmək vaxtıdır", - deyə o əlavə edib.
 
İsiba TŞ-nin daimi və qeyri-daimi üzvlərinin sayının artırılmasını təklif edib. Bununla yanaşı, o qeyd edib ki, sadəcə üzvlərin sayının artırılması yetərli olmayacaq:
 
"Əminəm ki, TŞ-ni həm daha təmsilçi etmək, həm də səmərəliliyini azaltmadan saxlamaq mümkündür".
 
Baş nazir, həmçinin bildirib ki, əgər TŞ-yə yeni daimi üzvlər qəbul ediləcəksə, onlar ilk 15 il ərzində veto hüququndan istifadə etmək imkanına malik olmamalıdırlar.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər