Tramp:
Dünya
386
23 Sep 2025 | 23:58

Tramp: "NATO ölkələri Rusiya təyyarələrini vurmalıdırlar"

"NATO ölkələri onların hava məkanını pozan Rusiya təyyarələrini vurmalıdırlar".

Moderator.az RBK-ya istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda görüşdüyü ukraynalı həmkarı Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında deyib.

Jurnalistlər Trampdan NATO ölkələri Rusiya təyyarələrinin onların hava məkanını pozması halında onları vurmalı olub-olmadığını soruşublar. Ağ Evin rəhbəri buna "bəli" deyə cavab verib.

Daha sonra amerikalı liderdən müttəfiqlərin səylərini dəstəkləyib-dəstəkləməyəcəyi soruşulub, lakin Ağ Ev rəhbəri "bu, şəraitdən asılıdır" deyərək birbaşa cavab verməkdən çəkinib.

Link kopyalandı!
Son xəbərlər