Belçika Kraliçası Ermənistana səfər edəcək
Dünya
177
21:50, Bu gün

Belçika Kraliçası Ermənistana səfər edəcək

Belçika Kraliçası Matilda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin rəsmi müdafiəçisi kimi oktyabrın 13-15-də Ermənistanda işgüzar səfərdə olacaq.

Bu barədə Moderator.az "Armenpress"ə istinadən xəbər verir.

Kraliçanın səfərində ekoloji problemlərə diqqət yetiriləcək. Xüsusi təhsilə ehtiyacı olan uşaqların dəstəklənməsi üzrə ixtisaslaşmış uşaq bağçasına səfər də nəzərdə tutulub.

Kraliça Ermənistanın dövlət rəsmiləri ilə yüksək səviyyəli görüşlər keçirərək ölkənin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində prioritetlərini müzakirə edəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər