19:55
19°C
Bakı
Braziliyanın ən böyük şəhəri və cənub yarımkürəsinin ən sıx əhalisi olan metropolisi San-Paulu güclü qum fırtınasının əsarətindədir.
Moderator.az-ın verdiyi məlumata görə, sosial şəbəkələrdə təbii fəlakətlə bağlı görüntülər paylaşılıb.
Kadrlardan aydın olur ki, 20 milyondan çox insanın yaşadığı şəhərdə güclü küləklərlə müşayiət olunan fırtına gündəlik həyatı iflic edib. Qum və toz dumanı səbəbindən görmə məsafəsi kəskin şəkildə azalıb, nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb. Bundan əlavə güclü külək şəhərdə dağıntılara səbəb olub.
Xəsarət alanlar barədə hələ məlumat açıqlanmayıb.