Türkiyə ABŞ-dən yüzlərlə
Dünya
213
16:30, Bu gün

Türkiyə ABŞ-dən yüzlərlə "Boeing" təyyarəsi və qırıcılar almağı planlaşdırır

Türkiyə hökuməti ABŞ-nin "Boeing" şirkətindən yüzlərlə sərnişin təyyarəsi və "Lockheed Martin" hərbi korporasiyasından qırıcı təyyarələr almağı, həmçinin bəzi komponentlərin istehsalının Türkiyəyə qaytarılması ilə bağlı danışıqlar aparmağı planlaşdırır.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Prezident Donald Tramp sentyabrın 25-də Ağ Evdə keçiriləcək görüş zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın ABŞ təyyarələri üçün ödənişləri 10 milyard dollardan çox yerli istehsal müqavilələri ilə kompensasiya etmək təklifini nəzərdən keçirəcək. Bildirilir ki, görüşdən sonra ABŞ 10 Türkiyə şirkətinə "F-35" döyüş təyyarələri üçün hissələri, xüsusilə də mərkəzi füzelyaj hissəsinin istehsal edilməsinə dair qadağanı aradan qaldıra bilər. Nəşr qeyd edir ki, qadağanın aradan qaldırılması bu şirkətlərə təxminən 12 milyard dollar qazanmağa imkan verəcək və Türkiyənin müdafiə sənayesində artımı stimullaşdıracaq.

Türkiyə hökuməti, həmçinin 40 ən son nəsil "F-16" döyüş təyyarəsi, yüzlərlə bomba, idarəolunan raketlər və ehtiyat mühərriklərin alınmasını başa çatdırmağı planlaşdırır. Mənbələrin bildirdiyinə görə, ölkə rəhbərliyi ilkin olaraq 23 milyard dollarlıq satınalma çərçivəsində 79 dəst "F-16" modernizasiya avadanlığı almağı planlaşdırsa da, sonradan "F-35A"ya üstünlük verib.

Qeyd edək ki, daha əvvəl "Fox News" telekanalına müsahibəsində Ərdoğan Trampla "F-35" və "F-16" döyüş təyyarələrinin tədarükü məsələsini müzakirə etməyi planlaşdırdığını bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər