19:27
20°C
Bakı
BMT-nin 80-ci Baş Assambleyasının sədri Annalena Berbok bildirib ki, təşkilatın növbəti baş katibi qadın olsaydı, "bu əla olardı".
Moderator.az-ın məlumatına görə, Almaniyanın keçmiş xarici işlər naziri bu bəyanatı alman "Ştern" jurnalına müsahibəsində verib.
Onun sözlərinə görə, baş katib vəzifəsinə qadının təyin edilməsi "prinsip etibarilə artıq 80 ildir gözlənilən" hadisədir: "Lakin mənim bu vəzifəni tutma ehtimalım azdır".
A.Berbok əlavə edib ki, hazırda o, namizədlərin seçilməsi prosesində məsuliyyət daşıyır: "Bu, hazırkı beynəlxalq şəraitdə olduqca çətin bir işdir".