Bizi sosial şəbəkələrdən izləyin:
Son günlər NATO ilə Rusiya arasında gərginlik daha da artıb. Alyansın hava məkanının pozulması fonunda Moskva sərt mövqe nümayiş etdirib. Belə ki, Prezident Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında çıxış edərək vəziyyətin daha da pisləşə biləcəyini bildirib və hərbi gücə diqqət çəkib. O qeyd edib ki,istənilən təhdidə sözlə deyil, hərbi güclə cavab verməyə hazırdır. Putin Qərbə etdiyi xəbərdarlıqla hansı real addımları nəzərdə tutur? Bu, sadəcə siyasi mesajdır, yoxsa Rusiya həqiqətən hərbi eskalasiyaya hazırlaşır?
Moderator.az-a danışan politoloq Çingiz Şahbazi deyib ki, NATO-nun hava sahəsinə dronlar vasitəsilə Rusiyanın daxil olmasından sonra, gərginlik səngimir. Onun sözlərinə görə, Moskva özünün sərt movqeyindən geri addım atmaq niyyətində deyil və prezident Putinin Təhlükəsizlik Şurasının iclasında etdiyi çıxışdan da belə məlum oldu ki, Putin ,Rusiyanın aqressivliyinin səbəbini Qərbin bir çox şərtlərə əməl etməmsi ilə əlaqələndirir:
“Bir neçə aydan sonra ABŞ və Rusiya arasında imzalanan ,, NEW START,, müqaviləsinin müddəti bitəcək. Xatırladım ki,, NEW START,, müqaviləsi (Strateji Silahların Azaldılması Müqaviləsi) ABŞ və Rusiya arasında 2010 cu ildə imzalanmış nüvə silahlarına nəzarət üzrə beynəlxalq müqavilədir. Müqavilənin imzalanmasında əsas məqsəd, ən yeni hücum silahlarının və nüvə raketləri və başlıqlarının məhdudlaşdırılmasıdır. Müqavilə o dövrün prezidentləri Barak Obama və Dmitri Medvedev arasında imzalanıb və 2026 ilin fevral ayında müddəti bitəcək. Rusiyanın, alyansın sərhədlərinə doğru pozuculuq əməllərinin arxasında heç şübhəsiz ki, bu istiqamətdə öhdəliklərin aradan qaldırılması nəticəsində yenidən müqavilələrin imzalanması ilə bağlı manipulya manevr imkanlarını genişləndirməyə çalışmasıdır. Çünki, ABŞ və Rusiya arasında müqavilənin şərtlərindən biri də verifikasiya mexanizmlərinin, yəni yoxlamalar , hesablamalar və məlumat mübadiləsi kimi şərtlərin qüvvədən düşməsi ilə bağlıdır. Bu mühüm sazişin önəmi Avropa ölkələri üçün təhlükəsiz baxımından çox əhəmiyyətli olub və nüvə müharibəsi riskinin azalmasına kifayət qədər xidmət edib. Bu baxımdan rəsmi Moskva Ukrayna müharibəsi fonunda konkret olaraq bu kimi öhdəliklərdən imtina edir və NATO ölkələrinin sərhədlərinin toxunulmazlığını qəbul etmək istəmir . Rusiyanın bu addımı Avropa ölkələri arasında haqlı olaraq narahatlıq yaradıb və Rusiya bundan sonra nə edə bilər? -sualı haqqında düşünmək əvəzinə, hesab edirəm ki, Avropa özünün təhlükəsizlik tavanını mohkəmləndirməlidir”.
Mehin Mehmanqızı