İsraili gözləyən böyük təhlükə – Qüds məsələsində kritik vəziyyət
Dünya
305
13:29, Bu gün

İsraili gözləyən böyük təhlükə – Qüds məsələsində kritik vəziyyət

Fələstin dövlətini tanıyan ölkələrin sayı artır. Belə bir şəraitdə İsrailin hansı addımlar atacağı, bölgədə sülh prosesinə necə təsir göstərəcəyi və BMT sessiyasında səsləndiriləcək mesajların mahiyyəti diqqət mərkəzindədir. Fələstin dövlətini tanıyan ölkələrin sayının artması İsraili beynəlxalq aləmdə hansı təzyiqlərlə üz-üzə qoyur? Bəs İsrail mövcud vəziyyəti dəyişmək və prosesləri dayandırmaq üçün hansı siyasi və ya diplomatik planlar hazırlaya bilər?
 
Moderator.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Fələsini tanıyan dövlətlərin sayının artması şübhəsiz ki, İsrail hökümətində müəyyən dərəcədə qıcıqlanma yaradacaq amildir:
 
“Çünki bu, İsrailə hüquqi cəhətdən problemlər yaradacaq bir məsələdir. Lakin BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququ olduğu üçün prosesin irəliləməsi çətindir. ABŞ Fələstinin müstəqilliyini tanımadığı və qəbul olunacaq qərarlara veto qoymaq imkanı olduğu müddətdə BMT-dən ciddi nəticə gözləmək real deyil. Hüquqi addım atılsa belə, onun icrasında böyük çətinliklər mövcuddur. Azərbaycan da bu təcrübəni yaşayıb: torpaqlarımız işğal altında olarkən BMT dörd qətnamə qəbul etmişdi, amma onlar icra olunmadı. Yəni BMT-nin bu cür məsələlərdə mexanizmləri işlək deyil.
Digər tərəfdən, qərar qəbul edilsə belə, Qərb ölkələrinin İsraillə münasibətləri necə davam etdirəcəyi sual doğurur. Şübhəsiz ki, bu, Netanyahu hökumətinin beynəlxalq imicinə zərbə vurur. Amma burada başqa bir məqam da var: ölkələr Fələstinin müstəqilliyini tam olaraq hansı sərhədlər çərçivəsində tanıdıqlarını açıq şəkildə demirlər. Əgər Şərqi Qüds Fələstinin paytaxtı kimi tanınarsa, bu, İsrail üçün indi də, gələcəkdə də ciddi problemlər yaradacaq. Əgər Ramallah paytaxt kimi qəbul edilirsə və Şərqi Qüds bu statusa daxil edilmirsə, o zaman bu, İsrail üçün elə də ciddi təhlükə sayılmır”.
 
Politoloq qeyd edib ki,  hazırda İsrail “Tramp planı”nı həyata keçirərək Qəzza bölgəsində insanları köçə məcbur edir:
 
 “Artıq xeyli sayda insan köç edib və burada fələstilərə məxsus olan yaşayış məskənlərinin sökülərək yəhudi yaşayış məskənlərinin salınması ilə bağlı çox ciddi şəkildə prosesin gedəcəyi bildirilir. Yəni Qəzza bölgəsi tamamilə söküləcək və burda yəhudilər üçün yaşayış məskənləri salınaraq bölgə İsrailə birləşəcək. Yəni bununla bağlı bir proses gedir. Bütün bunlar baş verərsə, İsrail bu prosesi tez bir zamanda həyata keçirərsə, İsrail tərəfən burada heç bir problem olmayacaq. Beynəlxalq hüquq nöqteyi nəzərindən ciddi problemlər yarana bilər”.
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər