Dünya
194
01:31, Bu gün

"Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur" - Quterreş

"Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur və bunu inkar etmək bütün dünyadakı ekstremistlərə hədiyyə olardı".
 
"Report" xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş bildirib
 
BMT-nin baş katibi mövcud vəziyyəti dözülməz adlandıraraq, yeganə həll yolunun iki dövlətli nizamlanma olduğunu vurğulayıb.
 
Onun sözlərinə görə, hər iki dövlət üçün paytaxtı Qüds olmaqla, 1967-ci ildən əvvəlki sərhədlər daxilində müstəqil, suveren və demokratik Fələstin Dövləti yaradılmalıdır: "İki dövlət olmasa, Yaxın Şərqdə sülh olmayacaq, radikalizm bütün dünyaya yayılacaq".
 
Quterreş, həmçinin dərhal və daimi atəşkəs, bütün girovların qeyd-şərtsiz azad edilməsi və humanitar yardımların tam təmin edilməsi çağırışını təkrarlayıb.
 
O vurğulayıb ki, heç bir şey Fələstin xalqının kollektiv şəkildə cəzalandırılmasına və ya hər hansı formada etnik təmizləməyə haqq qazandıra bilməz.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər