02:55
14°C
Bakı
Türkiyədə mikroavtobusun aşması nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.
Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, hadisə Qaziantep vilayətində, Qaziantep- Şanlıurfa yolunda qeydə alınıb.
Qəzaya səbəb mikroavtobusun təkərinin partlaması olub. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırma başladılıb.