Dünya
361
22 Sep 2025 | 23:00

"Boeing" altıncı nəsil F-47 qırıcı təyyarəsinin istehsalına başlayıb

"Boeing" şirkəti ABŞ Hərbi Hava Qüvvələri üçün altıncı nəsil F-47 qırıcı təyyarəsinin istehsalına başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "The War Zone" məlumat yayıb.

Bildirilir ki, təyyarənin ilk uçuşu 2028-ci ilə planlaşdırılıb.

ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi general Devid Alvin Hava və Kosmik Qüvvələrin Assosiasiyasının konfransında F-47-nin bəzi xüsusiyyətlərini açıqlayıb. Konkret olaraq, qırıcı 1000 dəniz milindən (təxminən 1852 kilometr) çox döyüş məsafəsinə malik olacaq.

Nəşr əlavə edib ki, yeni altıncı nəsil qırıcılar mövcud Amerika qırıcıları ilə müqayisədə əməliyyat məsafəsinin ən azı 25% artırılmasını təmin edəcək.

Nəşr vurğulayır ki, F-47 proqramının təfərrüatı və təyyarənin dizaynı məxfi olaraq qalır. Təyyarənin yalnız iki rəsmi təsviri mövcuddur ki, bu da ABŞ Hərbi Hava Qüvvələrinin rəsmilərinin fikrincə, əməliyyat təhlükəsizliyi məqsədləri üçün onun həqiqi görünüşünü əks etdirmir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər