Moskvaya PUA hücumu olub - YENİLƏNİB
Dünya
653
22:55, Bu gün

Moskvaya PUA hücumu olub - YENİLƏNİB

Ukrayna ordusu Rusiya paytaxtına kütləvi dron hücumu həyata keçirib.

Moderator.az xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin özünün "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, PUA-lar kütləvi şəkildə Moskvaya doğru uçur, daha dörd dron məhv edilib.

Moskva meri vurğulayıb ki, PUA-ların vurulduğu yerlərdə dağıntılar qeydə alınıb.

Qeyd edək ki, Sobyanin bundan əvvəl 7 PUA-nın vurulduğunu açıqlayıb.

Ukraynanın Moskvaya kütləvi PUA hücumu səbəbindən paytaxtın səması qapadılıb, hava limanlarında Xalça planı tətbiq edilib.

Nəticədə Moskva üzərindən təyyarələrin alçaqdan, aşağı hündürlükdən uçması müşahidə olunub.

20:40

Rusiyanın paytaxtı Moskvaya PUA hücumu olub.

Moderator.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə sistemi Moskvaya PUA-ların hücumunu dəf edir.

Sobyanin həmçinin qeyd edib ki, bütün təcili yardım xidmətləri lazımi yerlərdə çalışır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər