23:41
15°C
Bakı
Rusiyada əcnəbi şəxs casusluğa görə həbs edilib.
Moderator.az-ın xəbərinə görə, bu barədə "RİA Novosti" iş materiallarına istinadən məlumat verib.
Qeyd edilir ki, irəli sürülmüş ittihamın təfərrüatı məlum deyil, çünki iş "tam məxfi" qrifi altında möhürlənib.
Məlumata görə, əcnəbi olan E.Çijen artıq Moskvaya aparılıb, lakin onun hansı bölgədə saxlanıldığı məlum deyil.
Moskvanın Lefortovo Məhkəməsindəki məhkəmə materialında bildirilir ki, E.Çijenin nəzarət altında saxlanılma müddətinin uzadılması barədə qaldırılmış vəsatət qeydə alınıb.