Əhməd əl-Şaraa:
Dünya
522
22 Sep 2025 | 20:17

Əhməd əl-Şaraa: "İsrail Suriya ərazisindən çıxmalıdır"

İsrail Suriya ərazisindən çıxmalıdır.

Moderator.az “Sana”ya istinadən xəbər verir ki, bu barədə Suriya Prezidenti Əhməd əl-Şaraa Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, təhlükəsizliklə bağlı narahatlıqlar danışıqlar yolu ilə müzakirə oluna bilər.

“Amma əsl sual budur: İsrailin həqiqətən də təhlükəsizlik narahatlıqları, yoxsa ekspansionist ambisiyaları var? Danışıqlar bunu üzə çıxaracaq”, - Suriya lideri vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər