KİV: Trampın viza rüsumunu artırması ABŞ biznesinə 14 milyard dollara başa gələcək
Dünya
299
20:00, Bu gün

KİV: Trampın viza rüsumunu artırması ABŞ biznesinə 14 milyard dollara başa gələcək

ABŞ Prezidenti Donald Trampın H-1B vizalarına görə haqqın artırılması haqqında fərmanı ilə əlaqədar yerli şirkətlərin əlavə xərcləri 14 milyard dollar təşkil edə bilər.

Moderator.az bildirir ki, bu barədə məlumat "Financial Times" qəzetinin ABŞ İmmiqrasiya Xidmətinin statistikasına əsaslanan hesablamalarında yer alıb.

Ötən ilin nəticələrinə görə, ABŞ İmmiqrasiya Xidməti təxminən 141 min H-1B vizası verib. Əgər onun dəyəri 100 dəfə artarsa - hər viza üçün 100 min dollara çatdıqda, ABŞ şirkətləri 14 milyard dollar ödəməli olacaqlar. Belə viza sahiblərinin təxminən üçdə ikisi ABŞ-nin İT sənayesində çalışır.

H-1B viza sahiblərinin əksərinin çalışdığı ilk 10 şirkət arasında "Amazon", "Microsoft", "Meta", "Apple" və "Google" daxildir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər