Rusiyada hokkeyçi oyun zamanı öldü
Dünya
154
19:00, Bu gün

Rusiyada hokkeyçi oyun zamanı öldü

Moskvanın "Lyublino" klubunun oyunçusu Vasili Kartaşov Hokkey Liqasının matçı zamanı həyatını itirib.

Moderator.az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə turnirin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, faciə "Lyublino" və "Vahid Rusiya ağ ayıları" komandaları arasında keçirilən matçda baş verib.

Növbətçi təcili yardım briqadasının həkimləri və ixtisaslaşmış reanimasiya briqadası 52 yaşlı kişiyə tibbi yardım göstərsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər