22:08
16°C
Bakı
İran və Rusiya yaxın günlərdə İslam Respublikasının ərazisində yeni atom enerji bloklarının tikilməsi haqqında razılaşma imzalayacaqlar.
Moderator.az-ın TASS-a istinadla xəbər verir ki, bu barədə İran Atom Enerjisi Təşkilatının (İAET) rəhbəri və vitse-prezident Məhəmməd Eslami bildirib.
Onun sözlərinə görə, hökumətlərarası sazişə əsasən, Rusiya, ümumilikdə, səkkiz atom enerji bloku inşa edəcək:
"Bu bloklardan dördü Buşehrdə yerləşəcək", - deyə Eslami qeyd edib.