Evlilik təklifi faciə ilə bitdi: Təcili xəstəxanaya aparıldı - FOTO
Dünya
211
17:34, Bu gün

Evlilik təklifi faciə ilə bitdi: Təcili xəstəxanaya aparıldı - FOTO

​​İngiltərədə evlilik təklifi xəstəxanada başa çatıb.

Moderator.az xəbər verir ki, hadisə Kru şəhərində baş verib. Xoşbəxt anlarla başlayan evlilik təklifi gözlənilməz şəkildə xəstəxana ilə nəticələnib.

23 yaşlı qadın sevgilisinin aldığı nişan üzüyünü barmağına taxdıqdan bir neçə dəqiqə sonra barmağı şişməyə başlayıb. Sabun, yuyucu vasitə və iplə edilən bütün cəhdlər uğursuz alınıb.

Nəticədə o, xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, üzüyü çıxarmaq mümkün olmayıb və barmağın qan dövranı kəsilməyə başlayıb.

Son çarə olaraq üzük kəsilib. Həkimlərin sözlərinə görə, vəziyyət bir gün də davam etsəydi, qadının barmağı amputasiya riski ilə üz-üzə qala bilərdi.

 

 

(Publika)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər