Bizi sosial şəbəkələrdən izləyin:
Bursada qucağında uşağı olan ana küçədə mübahisə etdiyi 3 qadın tərəfindən döyülüb.
Hadisə sentyabrın 20-də gecə saat 12:00 radələrində Hacıvat məhəlləsində baş verib. İddiaya görə, qucağında uşağı ilə küçədə gedən ana ilə qarşılaşdığı digər 3 qadın arasında mübahisə düşüb.
Mübahisə tez bir zamanda əlbəyaxa hal alıb və sonda dava ilə nəticələnib. Qadınlar uşağını yerə qoymuş ananı dairəyə alaraq vəhşicəsinə döyüblər.
(Manşet.az)