16:13
22°C
Bakı
ABŞ Prezidenti Donald Tramp autizm probleminin həllini tapdıqlarını elan edib.
Moderator.az bu barədə "RİA Novosti"yə istinadla xəbər verir.
Ağ Ev rəhbəri məsələ ilə əlaqədar gün ərzində bəyanat verəcəyini vurğulayıb.
"Düşünürəm ki, biz autizm probleminə cavab tapmışıq, buna nə deyirsiniz?" - deyə siyasətçi qeyd edib.
Dövlət başçısı həmçinin bildirib ki, bu, ABŞ tarixində ən böyük tibbi açıqlamalardan biri olacaq.