Tarixdə ilk dəfə - Rusiyanın bu təyyarəsi vuruldu - FOTO
Dünya
619
12:48, Bu gün

Tarixdə ilk dəfə - Rusiyanın bu təyyarəsi vuruldu - FOTO

Ukrayna Baş Kəşfiyyat İdarəsi (GUR) tarixdə ilk dəfə olaraq Rusiyanın iki Be-12 "Çayka" amfibiya təyyarəsini vurub.

Moderator.az Milli.Az - a istinadla xəbər verir ki, əməliyyat sentyabrın 21-də Krımda Ukraynanın "Kabuslar" bölməsinin xüsusi təyinatlıları tərəfindən həyata keçirilib.

Həmçinin, Rusiyaya məxsus Mi-8 çoxməqsədli helikopteri də vurulub.

Qeyd edək ki, Be-12 təyyarələri sualtı qayıqları aşkarlamaq və onlarla mübarizə aparmaq üçün yüksək texnologiyalı avadanlıqlarla təchiz edilmişdi. Onların məhv edilməsi Rusiyanın Qara və Azov dənizlərində nəzarət qabiliyyətinə ciddi zərbə vurur.

Məqaləyə dair fotomateriallar:

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər