Bizi sosial şəbəkələrdən izləyin:
Çeçenistan rəhbəri Ramzan Kadırov “Sünnənin Müdafiəçisi” ordeni ilə mükafatlandırılıb.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı Kadırov özünün Telegram kanalında paylaşıb. O, Qroznıda keçirilən Çeçenistan Müsəlmanlarının Ruhani İdarəsinin hesabat-seçki qurultayında iştirak edib. Qurultayın nəticəsi olaraq Şimali Qafqaz Müsəlmanları Koordinasiya Mərkəzinin rəhbəri, şəriət elmləri doktoru Salah-Hacı Mejiyev yenidən respublikanın müftisi seçilib.
Tədbir çərçivəsində müfti Kadırova Çeçen naxışları ilə bəzədilmiş, respublikada ilk dəfə nəşr olunmuş unikal Quran nüsxəsini hədiyyə edib. Salah-Hacı Mejiyev bildirib ki, artıq Çeçenistan Rusiyada Quranın müstəqil şəkildə nəşri üçün şərait yaradılan ilk region olacaq.
Bundan əlavə, müfti respublika rəhbərini “Sünnənin Müdafiəçisi” ordeni ilə təltif edib.