Dünya
206
20:47, Bu gün

"İsrail Fələstinin tanınmasına qarşı mübarizə aparacaq" - Netanyahu

"İsrail bütün forumlarda, o cümlədən BMT-də Fələstin dövlətçiliyinin tanınmasına qarşı mübarizə aparacaq".
 
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında deyib.
 
Baş nazir gələn həftənin ortalarında ABŞ-yə gedəcəyini, orada BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcəyini və ABŞ Prezidenti Donald Trampla görüşəcəyini də təsdiqləyib.
 
"BMT-də mən həqiqəti təqdim edəcəyəm. Bu, İsrailin həqiqətidir, eyni zamanda, şər qüvvələrə qarşı ədalətli mübarizəmizlə bağlı obyektiv həqiqətdir. Mən də gücdən doğan sülhə, həqiqi sülhə baxışımızı təqdim edəcəyəm", - o deyib.
 
Xatırladaq ki, sentyabrın 21-də Kanada, Avstraliya və Böyük Britaniya Fələstin dövlətçiliyini tanıyıb.(oxu.az)
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər