"Biz Qəzza faciəsini gündəmə gətirəcəyik və İsrailin hərbi cinayətlərinə qarşı çıxacağıq..."
Türkiyə lideri BMT Baş Assambleyasında Qəzza faciəsini gündəmə gətirəcəyini və İsrailin hərbi cinayətlərinə qarşı çıxacağını bəyan edib.
Moderator.az xəbər verir ki, bu barədə o, ABŞ-a - BMT Baş Assambleyasının 80-ci sessiyasına yola düşməzdən əvvəl Atatürk hava limanında jurnalistlərin suallarını cavablandırarkən bəyan edib. Məlumatı "Anadolu Ajansı" agentliyi məlumat yayıb.
BMT tribunası öncəsi sərt bəyanatlar
Türkiyə prezidentinin sözləri həm daxildə, həm də beynəlxalq mətbuatda geniş rezonans doğurub. Ərdoğan açıq şəkildə bəyan edib ki, İsrailin Qəzzada törətdiyi kütləvi qırğınlar BMT müzakirələrinin əsas mövzularından biri olmalıdır. "Bu mövzunu tribunadan qaldıracağıq və beynəlxalq ictimaiyyəti susqunluqdan çıxmağa çağıracağıq", - Türkiyə lideri deyib.
Fələstinin dövlət kimi tanınması
Ərdoğan xüsusilə vurğulayıb ki, daha çox ölkənin Fələstini dövlət olaraq tanıması illərlə davam edən münaqişənin yeganə həlli sayılan iki dövlətli konsepsiyanı reallığa daha da yaxınlaşdıracaq. Onun sözlərinə görə, bu addımlar Yaxın Şərqdə sülhün təmin olunması üçün yeni ümidlər doğura bilər.
BMT və 80 illik sistem böhranı
Türkiyə prezidenti həmçinin BMT-nin mövcud strukturunu kəskin tənqid edib: "Humanitar böhranların taleyini Təhlükəsizlik Şurasında veto hüququ olan beş ölkəyə həvalə etmək qəbuledilməzdir. Biz illərdir deyirik: Dünya beşdən böyükdür!" Ərdoğan hesab edir ki, artıq BMT islahatlarının labüdlüyü həm dövlət başçıları, həm də Baş katib səviyyəsində açıq müzakirə olunur.
Qəzza, Suriya və Kipr gündəmdə
Türkiyə lideri çıxışında Qəzzadakı humanitar fəlakət, İsrailin zorakılığı və yardım blokadası ilə yanaşı, Suriyanın yeni rəhbərliyinin Assambleyada iştirakını da "14 ildən sonra böyük sevinc" kimi qiymətləndirib. O, həmçinin Kiprdə türk icmasının hüquqlarının müdafiəsinin gündəliyində olacağını bildirib.
ABŞ və digər görüşlər
Ərdoğanın Nyu-York proqramı olduqca sıxdır: o, ABŞ prezidenti Donald Trampla Qəzzada qan tökülməsinə son qoymaq üçün birgə addımları, eləcə də müdafiə sənayesi və ticarət sahəsində əməkdaşlığı müzakirə edəcək. Bundan başqa, Suriya prezidenti Əhməd əş-Şəraa ilə də görüş planlaşdırılıb.