Bizi sosial şəbəkələrdən izləyin:
Kanada hökuməti Fələstinin dövlətçiliyini tanıyıb.
Oxu.Az xəbər verir ki, müvafiq bəyanat ölkənin Baş naziri Mark Karninin saytında dərc olunub.
"Kanada Fələstin dövlətini tanıyır və həm Fələstin dövləti, həm də İsrail dövləti üçün dinc gələcək üçün tərəfdaşlıq təklif edir", - deyə bəyanatda qeyd olunub.
Lakin Kanada hökuməti vurğulayır ki, Fələstinin tanınması terrorizmi legitimləşdirmir və İsraili dəstəkləməni təhlükə altına qomur.
Bəyanatdan irəli gəlir ki, bu addım Fələstin administrasiyasında islahatların həyata keçirilməsinə dəstək məqsədi daşıyır.