Haaqada etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edilib
Dünya
145
21:20, Bu gün

Haaqada etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edilib

Haaqa səlahiyyətliləri, Niderland hökumətinin immiqrasiya siyasətinə qarşı etirazları dağıtmaq üçün polisə gözyaşardıcı qazdan istifadə etmək icazəsi verib.

Moderator.az xəbər verir ki, Haaqa meri polisə iğtişaşları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etmək icazəsi verən fövqəladə sərəncamı imzalayıb.

Polisin məlumatına görə, ifrat sağ hərəkatın bir qrup nümayəndəsi Niderland hökumətinin immiqrasiya siyasətinə etiraz olaraq A12 avtomobil yolunu icazəsiz bağlayıb.

Təxminən 1500 adam hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və butulkaların atıldığı avtomobil yoluna toplaşıb, polis maşını yandırılıb. Polis izdihamı dağıtmaq üçün gözyaşardıcı qaz, su şırnaqları və çevik qüvvələrdən istifadə edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər