21:24
18°C
Bakı
Urmiya gölünün ətrafında gölün quruması ilə əlaqədar duz qasırğaları başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Ekoloqlar bildirirlər ki, gölün böyük hissəsinin duzlu bataqlığa çevrilməsi nəticəsində İranın azərbaycanlılar yaşayan bölgələrində milyonlarla insan üçün təhlükə yaranıb.
Mütəxəssislər qeyd edirlər ki, bu tendensiya davam edərsə, əhalinin sağlamlığı, kənd təsərrüfatı və sosial həyat ciddi zərər çəkəcək, məcburi köç riski artacaq.
Fəlakətin qarşısını almaq üçün gölün bərpası proqramlarının dərhal həyata keçirilməsi vacibdir.