21:00
19°C
Bakı
İsrail qüvvələri Suriyanın cənubunda yerləşən Əl-Kuneytra əyalətinin ərazisinə daxil olaraq Əs-Samdaniya yaşayış məntəqəsində təmizləmə əməliyyatı keçiriblər.
Moderator.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "Syria TV" telekanalı məlumat yayıb.
Kanalın məlumatına görə, İsrail ordusunun patrul dəstəsi kəndin girişində nəzarət-buraxılış məntəqəsi qurub və bir neçə avtomobili yoxlayıb.
Telekanaldan bildirilib ki, sentyabrın 19-da axşam saatlarında dörd zirehli maşından ibarət karvan Cənubi Suriyanın Deraa əyalətinin ərazisinə daxil olaraq orada reyd keçirib.