KİV: Netanyahu ABŞ-dan Misirə təzyiq göstərməsini istəyib
Dünya
337
18:35, Bu gün

KİV: Netanyahu ABŞ-dan Misirə təzyiq göstərməsini istəyib

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-dan xahiş edib ki, Sinayda hərbi qüvvələrini gücləndirən Misirə təzyiq göstərsin.

Moderator.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Netanyahu Misirin Sinay yarımadasında hərbi qüvvələrini gücləndirməsi ilə 1979-cu il sülh müqaviləsini pozduğunu iddia edib.

Məlumata görə, İsrail Baş naziri bildirib ki, Misir izah vermədən yarımadada hava bazalarını genişləndirib, yeraltı qurğular tikib, Qəzza yaxınlığında əsgər sayını artırıb.

Qeyd edilib ki, Misirin Sinayda hərbi qüvvələrini gücləndirməkdə məqsədi İsrailin Qəzzanın əhalisini məcburi yarımadaya yönəldəcəyi ehtimalından irəli gəlir. İsrail isə buna görə Misiri qaçqınların qarşısını almaqda ittiham edir.

Birbaşa danışıqlar uğursuz olduqdan sonra İsrail ABŞ-dan kömək istəyib, lakin Misir hər hansı pozuntu iddialarını rədd edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər