Ukraynada daha bir azərbaycanəsilli şəxs həlak olub
Dünya
353
18:30, Bu gün

Ukraynada daha bir azərbaycanəsilli şəxs həlak olub

Rusiya-Ukrayna müharibəsi zamanı daha bir azərbaycanəsilli şəxs həlak olub.

Moderator.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, 30 mart 1987-ci ildə dünyaya gələn Tofiq Tahir oğlu Həsənov Xarkov vilayətinin Ternova kəndində döyüş tapşırığını yerinə yetirərkən həyatını itirib.

Ukrayna ordusunun hərbçisi olan Tahir Həsənov dronlar üzrə operator, aparıcı mütəxəssis olub.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya-Ukrayna müharibəsində Rasim Kazımov və Əfqan Orucov da döyüşlər zamanı həlak olublar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər