Hindistan İrana səfərlə bağlı vətəndaşlarını xəbərdar etdi
Dünya
328
17:10, Bu gün

Hindistan İrana səfərlə bağlı vətəndaşlarını xəbərdar etdi

Hindistan hökuməti öz vətəndaşlarına İrana səfər etməmək barədə rəsmi xəbərdarlıq yayıb.

"Azad İran" "Telegram" kanalının məlumatına görə, Hindistan Xarici İşlər Nazirliyinin açıqlamasında son həftələr bir sıra hindistanlıların iş və ya üçüncü ölkələrə miqrasiya vədləri ilə aldadılaraq İrana aparıldığı bildirilib.

Qeyd olunur ki, həmin şəxslər orada cinayətkar dəstələr tərəfindən qaçırılıblar və ailələrindən girov pulu tələb olunub.

Nazirlik vurğulayıb ki, Hindistan vətəndaşlarının İrana vizasız girişi yalnız turizm məqsədilə mümkündür. İş və ya digər qeyri-turizm məqsədilə vizasız səfərlərin mümkünlüyü barədə agentliklərin iddiaları isə əksər hallarda cinayətkar şəbəkələrlə əlaqəlidir.

Xarici İşlər Nazirliyi, həmçinin vətəndaşlara xaricdə iş təkliflərinə qarşı diqqətli olmağı və şübhəli halları dərhal səlahiyyətli orqanlara bildirməyi tövsiyə edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər