Ordular HAZIR VƏZİYYƏTDƏ - Rusiya-NATO MÜHARİBƏSİ BAŞLAYIR? - Əsrin ƏN BÖYÜK QARŞIDURMASI...
Dünya
441
16:56, Bu gün

Ordular HAZIR VƏZİYYƏTDƏ - Rusiya-NATO MÜHARİBƏSİ BAŞLAYIR? - Əsrin ƏN BÖYÜK QARŞIDURMASI...

Xəbər verdiyimiz kimi, Rusiya Hərbi Hava Qüvvələrinin üç MiQ-31 qırıcısı Estoniya hava məkanını pozub. Şimal Atlantika Alyansı bu təxribatı dayandırmaq üçün İtaliyaya məxsus F-35 qırıcılarını havaya qaldırıb.  Rusiya bu cür addımlarla hansı siyasi və hərbi mesajı vermək istəyir? Bu hadisələr Moskvanın NATO-ya qarşı güc nümayişi kimi qiymətləndirilə bilərmi? Rusiya-NATO toqquşması daha geniş müharibəyə çevrilə bilərmi?
 
Moderator.az-a açıqlama verən politoloq Azər Qasımova deyib ki, Rusiya NATO ərazilərinə təhrikedici təxribat hərəkətləri etməklə onların əsəblərini sınağa çəkir:
 
“Bu, əslində, Putinin oyunudur. Avropa uzun illər öz təhlükəsizliyini NATO-ya, daha doğrusu ABŞ-a etibar etməklə ancaq iqtisadi inkişaf yolunu tutdu. Onlar arxayın oldular ki, Rusiyadan onları ABŞ qoruyacaq. Amma Tramp bu stereotipi laxladıb. Avropa özünü təhlükəsizlikdə hesab etmir. ABŞ onlardan NATO üçün hərbi xərcləri artırmağı tələb edib. 2035-ci ilə kimi ümumi daxili məhsulun 5%-i NATO-ya xərclənəcək. 
Amma hələlik bu xərclərin əsas hissəsini ABŞ ödəməlidir. Trampın da bunu etmək fikri yoxdur. Putin də bunu yaxşı bilir. NATO-ya gücü çatmasa da ayrı-ayrı ölkələri təhdid etməklə Avropa daxilində gərginlik, qorxu yaratmaq istəyir. NATO-nun belə təxribatlara cavab vermək fikri yoxdur. Çünki bu genişmiqyaslı müharibə qorxusu yaradır. Amma Rusiya da bunu istəmir. Təbii ki, ciddi şəkildə birmənalı proqnoz vermək olmaz. Müəyyən məqamdan sonra hər şey ola bilər. Hesab edirəm ki, Rusiya-NATO toqquşması daha geniş müharibəyə çevrilərsə,   NATO bu zaman Ukraynaya yardımları artıra bilər. Hər kəsə Ukrayna ərazisində Rusiya ilə müharibə sərf edir. Lazım olsa Ukraynaya Avropa orduları rəsmi və ya qeyri-rəsmi gələ bilər, amma açıq şəkildə öz ərazilərində Rusiya ilə qarşıdurmaya getməzlər”.
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər